Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində maarifləndirici tədbir keçirilib

25 noyabr 2025 | 16:53

25 noyabr 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində ölkəmizdə elan edilmiş Gender zorakılığına qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində "Heç kim kənarda qalmasın: qadınlara və qızlara qarşı zorakılığa son!" adlı maarifləndirici tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəst Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi qadınlara qarşı zorakılıq hallarının azaldılması, maarifləndirmənin gücləndirilməsi və ictimai həssaslığın artırılmasıdır. Çıxış edənlər gender zorakılığının yalnız fərdi bir problem deyil, cəmiyyətin rifahına və gələcək nəslin sağlam inkişafına ciddi təsir göstərən sosial məsələ olduğunu qeyd etmiş, qadınların hüquqlarının müdafiəsi, sosial dəstək mexanizmləri və zorakılıq qurbanlarına göstərilən xidmətlər, zorakılığın növləri, erkən xəbərdarlıq əlamətləri və müraciət kanalları haqqında geniş məlumat vermişlər. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmiş və iştirakçılarla mütəxəssislər arasında fikir mübadiləsi aparılmışdır.

Keçidlər