Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə qanunsuz hasarlama işlərinin qarşısı alınıb

08 may 2025 | 13:45

Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına aparılan tikililərin  və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir.  08 may  2025-ci il tarixdə keçirilən növbəti monitorinq zamanı Muğanlı-Ismayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonu Nohurqışlaq kəndi  ərazisindən keçən hissəsinin mühafizə zolağında vətəndaş tərəfindən  özbaşına aparılan hasarlama işlərinin qarşısı alınaraq söküntü işləri aparılmış və ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, mülkiyyətində olmayan torpaq sahələrinin zəbt olunaraq hasarlanması, özbaşına tikinti işləri aparılaraq müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.

Keçidlər