Qəbələdə qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb
Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına aparılan tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Keçirilən növbəti monitorinq zamanı Zarağan kəndi ərazisində fiziki şəxs Əmrahov Habil Əli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilmiş, qarşısı alınaraq ərazi boşaldılmışdır. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, mülkiyyətində olmayan torpaq sahələrinin zəbt olunaraq hasarlanması, özbaşına tikinti işləri aparılaraq müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.













