Qəbələdə qanunsuz tikinti işlərinin qarşısı alınmışdır
13 yanvar 2025 | 14:24
Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal – Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir. 11 yanvar 2025-ci il tarixdə keçirilən növbəti monitorinq zamanı Qəbələ rayonu Zarağan kəndi ərazisində magistral yol kənarında özbaşına aparılan qeyri-yaşayış obyektinin tikildiyi aşkar edilmiş, söküntü işləri aparılaraq ərazi boşaldılmışdır.