Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə “Qastronomiya Sammiti” keçirilib

02 noyabr 2026 | 18:35

“Gabala Hospitality Group”-un təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə  Qəbələdə “Qastronomiya Sammiti” keçirilmişdir. Heydər Əliyev Konqres Mərkəzində keçirilən “Qəbələ Qastronomiya Sammitində” dövlət qurumlarının, rayon icra hakimiyyətinin, turizm və qonaqpərvərlik sahəsinin nümayəndələri, aşpazlar, yerli istehsalçılar və beynəlxalq ekspertlər  iştirak etmişlər. Tədbirin rəsmi hissəsində çıxış edənlər “Qəbələ Qastronomiya Sammitinin” keçirilməsində əsas məqsədin Qəbələnin zəngin kulinariya irsinin, yerli məhsullarının, qonaqpərvərlik ənənələrinin dayanıqlı turizm inkişafının mühüm hissəsinə çevrilməsi, bölgənin ilin dörd fəslində cəlbedici qastronomiya turizmi destinasiyası kimi tanıdılması və peşəkar kadr hazırlığının gücləndirilməsinin olduğunu qeyd etmiş, belə tədbirlərin turizmin inkişafına böyük töhvələr verəcəyini vurğulamışlar. Proqram çərçivəsində “Kulinariya kimliyi və turizm məkanının inkişafı”, “Yerli məhsuldan restoran süfrəsinədək” və “Qəbələnin qastronomiyasının beynəlxalq auditoriyaya tanıdılması” mövzularında panel müzakirələr keçirilmişdir. Daha sonra “Qəbələ Qastronomiya Bəyannaməsi” qəbul edilmiş, Qəbələ Kulinariya Kolleksiyasının təqdimatı və dequstasiyası təşkil edilmişdir.

 

Keçidlər