Qəbələdə “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilib
Qəbələdə “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilib
18 dekabr 2024-cü il tarixdə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması haqqında danışmışlar. Sonda layihə çərçivəsində hazırlanan sənədli filmə nümayiş olunmuş və tədbir iştirakçılarına bukletlər, dərs ləvazimatları və sertifikatlar təqdim edilmişdir.