Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Qeyri-neft sektorunun inkişafında aqroturizmin əhəmiyyəti və turizm potensialı olan kənd təsərrüfatı modelləri” mövzusunda seminar keçirilib

25 fevral 2026 | 14:06

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Qeyri-neft sektorunun inkişafında aqroturizmin əhəmiyyəti və turizm potensialı olan kənd təsərrüfatı modelləri” mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılara aqroturizmin inkişaf perspektivləri, kənd turizminin iqtisadi və sosial əhəmiyyəti, həmçinin turizm potensialına malik kənd təsərrüfatı modelləri barədə ətraflı məlumat verilib. Görüş çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb. Tədbirin əsas məqsədi gənclər arasında qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqroturizm sahəsinə marağın artırılması və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi olub.

 

Keçidlər