Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə  "Qırx dörd günün zəfəri" adlı tədbir keçirilmişdir

16 iyun 2022 | 15:27

16 iyun 2022-ci il tarixində Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022 - ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar "Qırx dörd günün zəfəri" adlı tədbir keçirilmişdir . Muzey əməkdaşları ilə yanaşı Heydər Əliyev Mərkəzi nümayəndələrinin və Vətən Müharibəsi qazilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə  muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq 2020 - ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun düşmənə layiqli cavab verdiyini, Azərbaycan xalqının milli birlik,  yenilməz güc göstərərək xalq - iqtidar - ordu birliyinin sarsılmaz vəhdətinin bariz nümunəsini dünyaya nümayiş etdirdiyini qeyd etmişdir.  Çıxış edən qazilər döyüş yollarından, eləcə də, arxa cəbhədə xalqımızın fədakar əməyindən, bu gün dövlət tərəfindən şəhid ailələrinə, qazilər və müharibə iştirakçılarna göstərilən diqqət və qayğıdan  söz açmışlar. "Vətənimizin sərhədləri nə qədər böyük olsa da bizim vətən məhəbbətimiz ondan da böyükdür" deyən qazilərimiz həmin günlərin tarixini ruh yüksəkliyi ilə tədbir iştirakçılarına çatdırmışlar.

Keçidlər