Qəbələdə "Region gəncləri insan alverinə qarşı mübarizədə" adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən "Region gəncləri insan alverinə qarşı mübarizədə" layihəsi çərçivəsində 2 günlük seminar keçirilib. Layihənin əsas məqsədi İnsan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılmasına, İnsan alveri ilə bağlı cinayətkarlığın qarşısının maariflənmə yolu ilə alınması, bu cinayətkarlığa qarşı Azərbaycan Respublikası ərazisində bütün struktur və ictimaiyyətin sıx əlaqəli fəaliyyətinə töhvə verməkdir. “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində” keçirilən tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.