Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə yarış keçirilmişdir

08 sentyabr 2022 | 16:51

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində “Sağlam bədəndə sağlam ruh” devizi altında keçirilən idman yarışında 95 nəfər gənc iştirak etmişdir.  Yarışın keçirilməsində məqsəd  gənclər arasında sağlam həyat tərzi və idman yarışları vasitəsilə sosial fəaliyyətin artırılması, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsil və xidmətə təşviq edilməsi və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarətdir.         Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Çıxış edənlər gənclər arasında sağlam həyat tərzinin təbliğində belə tədbirlərin əhəmiyyətindən və ölkəmizdə idmana göstərilən hərtərəfli dövlət qayğısından danışaraq idmançılara uğurlar arzulamışlar.  Sonra Qəbələ Taekvondo Klubu və MMA bölməsinin idmançıları nümunəvi çıxışlarını təqdim etmişlər. Yarış 3000 m məsafədə kross qaçışı və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Sonda qalib gəlmiş idmançılara diplom, medal və hədiyyələr təqdim edilmişdir.

Keçidlər