Qəbələdə sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş keçirilmişdir
16 sentyabr 2022-ci il tarixində Qəbələ rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Kənd təsərrüfatı məhsulu istehsal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş keçirilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin, Aqrar Kredit İnkişaf Agentliyinin, “Azəriqaz” İB-nin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının nümayəndələri və sahibkarların iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsidir.