Qəbələdə şair və ədəbiyyatşünas Rafiq Yusifoğlu ilə imza günü və görüş keçirilib
31 iyul 2026 | 11:11
"QəbələFest" çərçivəsində növbəti görüş şair, ədəbiyyatşünas, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlunun iştirakı ilə keçirilib. Görüşdə uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan şairin bədii yaradıcılığı, "Göyərçin" jurnalının nəşr ənənələri və gənc nəslin mənəvi-estetik tərbiyəsində mütaliənin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müəllif özünün zəngin yaradıcılıq yolu barədə təəssüratlarını bölüşərək, oxucuların və ədəbiyyatsevərlərin suallarını cavablandırıb. Samimi şəraitdə keçən görüşün sonunda Rafiq Yusifoğlu tədbir iştirakçıları üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirib.













