Qəbələdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ümumrayon iməciliyi keçirilmişdir
16 mart 2026 | 12:18
16 mart 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Qəbələ rayonu ərazisində ümumrayon iməciliyi keçirilmişdir. İməcilik zamanı magistral yollar, park və xiyabanlar təmizlənmiş, ağaclar budanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınmışdır. Tədbirdə idarə, müəssisələrin kollektivləri və rayon könüllüləri iştirak etmişlər.













