Qəbələdə şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün iftar süfrəsi təşkil edilmişdir
04 aprel 2024 | 09:46
3 aprel 2024-cü il tarixində Qəbələ “Garden” hoteldə Qəbələ Rayon İcra Hakimiyyəti və şəhər bələdiyyəsinin təşkilatçılığı ilə Ramazan ayı çərçivəsində iftar süfrəsi təşkil edilmişdir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, bir qrup rayon ictimaiyyətinin nümayəndələri və rayon ağsaqqallarının iştirak etdiyi tədbirdə şəhidlərin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənmişdir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.