Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans keçirilmişdir

20 dekabr 2023 | 21:12

20 dekabr 2023-cü il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfransda mərkəzin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq, Təhsil Mərkəzinin inkişaf tarixi haqqında təqdimatla çıxış etmişdir. Daha sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq idarəsinin rəis müavini Təhsin Hüseyinov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Regional koordinatoru Elburus İsgəndərov və iqtisadi rayondakı peşə təhsil mərkəzlərinin direktorlarının çıxışları dinlənilmişdir. Konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatı, peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsidir.

Keçidlər