Qəbələdə “Sel və daşqınlarla əlaqədar zəruri davranış qaydaları” mövzusunda görüş keçirilmişdir
17 sentyabr 2024 | 17:43
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun Mıxlıqovanq, Solquca və Cığatelli kəndlərində “Sel və daşqınlarla əlaqədar zəruri davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdiyi tədbirdə intensiv yağıntılarla əlaqədar çaylarda yarana biləcək sel və daşqınlar zamanı zəruri təhlükəsizik qaydaları barədə vətəndaşlara müvafiq məlumatlar verilmiş, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılmış və suallar cavablandırılmışdır.













