Qəbələdə “Silahlı Qüvvələr Günü” nə həsr olunmuş ASED 42 peşəkar MMA turniri keçirilmişdir.
21 iyun 2026 | 10:11
20 iyun 2026-cı il tarixində Qəbələ Olimpiya İdman Kompleksində “Silahlı Qüvvələr Günü” nə həsr olunmuş ASED 42 peşəkar MMA turniri keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrindən olan idmançıların iştirak etdiyi turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalmış, azarkeşlər yüksək səviyyəli döyüşlərin, emosional anların və əsl idman mübarizəsinin şahidi olmuşlar.













