Qəbələdə “Sosial dəstək” məqsədi ilə aparılmış reablitasiyanın yekunu münasibəti ilə tədbir keçirilmişdir
15 dekabr 2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gəlmiş və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilmiş Ukraynadakı müharibədən əziyyət çəkən 30 nəfər ukraynalı uşaq və gənclər üçün “Qəbələ Garden Hotel”də Qala gecəsi keçirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramin Rzayevin, Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin siyasi məsələlər üzrə 1-ci katibi Yevgeniy Osadçiyin və Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayevin iştrak etdiyi “Sosial dəstək” məqsədilə aparılmış reablitasiyanın yekunu münasibətilə keçirilən tədbirdə Ukrayna Respublikasından ölkəmizə gəlmiş qonaqlara Qəbələ RİH-nin rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir. Qonaqlar onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.