Qəbələdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə tədbir keçirilmişdir
04 iyun 2022-ci il tarixdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Suvarma Sistemləri idarəsinin kollektivinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümumilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad etmişlər. Tədbirdə çıxış edən Suvarma Sistemləri İdarəsinin rəisi Qüdrət Həmidov Ulu öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulanmış, hazırda Respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı komplekslərinin fəaliyyət göstərdiyini qeyd etmişdir. Sonda uzun illər səmərəli fəaliyyətinə və vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə idarənin bir qrup işçisinə fəxri fərmanlar təqdim olunmuşdur.