Qəbələdə tanınmış yazıçı Dilşad Talıbova ilə görüş və kitab təqdimatı keçirilib
02 avqust 2026 | 11:08
"QəbələFest" çərçivəsində növbəti maraqlı ədəbi tədbir Azərbaycan ədəbiyyatının sevilən müəllifi Dilşad Talıbovanın iştirakı ilə keçirilib. Görüşdə müəllifin böyük maraqla qarşılanan "Tənha adamlar küçəsi" kitabının təqdimatı və imza saatı təşkil olunub. Səmimi mühitdə keçən tədbirdə əsərin mövzu dairəsi, insan psixologiyası, tənhalıq və müasir cəmiyyət münasibətləri kimi dərin mövzular ətrafında fikirlər bölüşülüb. Dilşad Talıbova oxucuların suallarını cavablandıraraq yaradıcılıq axtarışları və kitabın yazılma tarixçəsi barədə ətraflı bilgi verib. Oxucuların böyük rəğbəti ilə yaddaqalan tədbirin sonunda müəllif yeni kitabını iştirakçılar üçün imzalayıb və xatirə şəkilləri çəkdirib.













