Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilib.

04 mart 2026 | 13:54

03 mart 2026-cı il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Yemişanlı kənd tam orta ümumtəhsil məktəbində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Müəllimlərin və valideynlərin də iştirak etdiyi tədbirdə təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə müəllim və valideynlər tərəfindən nəzarətin gücləndirilməsinin, profilaktiki söhbətlərin aparılmasının və təhsildən yayınan şagirdlərin davamiyyətinin təmin olunmasının vacibliyi vurğulanmış, uşaqların fiziki, mənəvi və psixoloji sağlamlığına zərərli olan vərdişlərdən uzaq olmaları üçün onların davranışlarına daimi nəzarətin vacibliyi diqqətə çatdırılmışdır. Tədbir qarşılıqlı fikir mübadiləsi şəklində davam etmişdir.

Keçidlər