Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə "Təmiz planetimiz" layihəsi çərçivəsində tədbir keçirilib

10 avqust 2024 | 12:54

Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin təşkilatçılığı, Qəbələ regional "ASAN xidmət" mərkəzinin  tərəfdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qəbələdə "Təmiz planetimiz" adlı tədbir keçirilib. Tədbirdə gənclər öncə topladıqları kağızları və plastik tullantıları Qəbələ "ASAN xidmət" mərkəzində yerləşən qəbul məntəqəsinə təhvil vermiş, daha sonra Laza kəndinə gedərək gənclərlə görüşmüşlər. Görüşdə günümüzün vacib məsələsi olan ekoloji problemlər və onların həlli üçün qarşıda duran vəzifələr barədə danışılmış, eyni zamanda istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliği məqsədilə maarifləndirici söhbətlər aparılmışdır. Gənclərlə mövzuya uyğun oyun və tapşırıqlar icra edilmiş və sonda Laza kəndi ərazisində təmizlik aksiyası keçirilmişdir.

Keçidlər