Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə tibb işçilərinin peşə bayramı qeyd edilmişdir

17 iyun 2022 | 16:32

17 iyun 2022-ci il tarixində Qəbələdə tibb işçilərinin peşə bayramı qeyd edilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, daha sonra görkəmli oftalmoloq - alim Zərifə xanım  Əliyevanın abidələrini ziyarət edərək önünə gül dəstələri qoymuş, onların xatirəsini dərin ehtiramla yad etmişlər. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sabir Bayramov ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıdan və bu qayğı nəticəsində son illər respublikamızda, eləcə də Qəbələ rayonunda səhiyyənin inkişafından, göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsindən danışmışdır. Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini ulu öndər Heydər Əliyevin adı ilə əlaqələndirərək, hər sahədə olduğu kimi, səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni-yeni səhiyyə və sağlamlıq ocaqlarının tikintisinə diqqətin artırıldığını, bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla həyata keçirildiyini qeyd edərək, koronavirus (COVİD-19) pandemiyası, eləcə də Vətən müharibəsi dövründə göstərdikləri fədakarlığa görə tibb işçilərinə minnətdarlığını bildirərək, onları peşə bayramları münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edən tibb işçiləri öz işlərini daha yüksək səviyyədə quracaqlarını, əhalinin sağlamlığı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirərək, ölkə rəhbərliyinə Qəbələ səhiyyəsinə göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sonda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilmişdir.

Keçidlər