Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər müzakirə olunub

17 fevral 2026 | 17:51

17.02.2026-cı il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın təşkilatçılığı, Qəbələ Rayon İcra Hakimiyyətinin və Bum bələdiyyəsinin dəstəyi ilə Qəbələ rayonunun Bum qəsəbəsində sahibkarlarla “Ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Bum qəsəbə bələdiyyəsinin, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri və rayon ərazisində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Görüşdə ticarət və xidmət sahəsində sahibkarlar üçün mövcud dövlət dəstəyi mexanizmləri, vergi və inzibati tənzimləmə məsələləri, elektrik təchizatı, peşə hazırlığı imkanları və məşğulluq proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa dialoqun təşkili biznes mühitinin daha da yaxşılaşdırılmasına, mövcud problemlərin operativ həllinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Bu baxımdan KOBİA tərəfindən regionlarda mütəmadi olaraq belə görüşlərin təşkili davam etdirilir. Tədbir çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, Sahibkarların fəaliyyət prosesində qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti qurumların nümayəndələri tərəfindən suallar cavablandırılıb və müvafiq istiqamətlər üzrə birgə fəaliyyət imkanları nəzərdən keçirilib. 

Keçidlər