Qəbələdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Alban-Udi Xristian İcması üçün Təlim Mərkəzinin açılışı olmuşdur
Qəbələ rayon Nic qəsəbəsində yerləşən Çotari kilsəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Alban-Udi Xristian İcması üçün Təlim Mərkəzinin açılışı baş tutmuşdur. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin və Alban-Udi Xristian icmasının nümayənələrinin iştirakı etdiyi tədbirdə multikultural dəyərlərin təbliği və təşviqinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılmış, rayonumuzda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşadığı bildirilmişdir. Tədbir iştirakçıları öncə Çotari kilsəsini ziyarət etmiş, daha sonra Təlim Mərkəzində yaradılan şəraitlə tanış olmuşlar.