Qəbələdə tütün əkini davam edir
30 may 2025 | 14:50
Qəbələ rayonu ərazisində əvvəlki illərdə olduğu kimi cari ildə də tütün istehsalı planlaşdırılmışdır. Bu il nəzərdə tutulmuş 10 hektar ərazidən 6 hektar sahəyə fermerlər tərəfindən tütün şitilləri köçürülmüşdür. Məhsul istehsalçıları bu il həmin ərazilərdən 25 ton quru tütün istehsal etməyi qarşılarına məqsəd qoymuşlar.