Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə üç ayda 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

16 aprel 2024 | 11:50

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, həmçinin sahibkarlar üçün yaradılan əlverişli mühit nəticəsində son illər Qəbələ rayonunda iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənaye sektorunda da sürətli inkişaf müşahidə olunur. Belə ki, cari ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 42 milyon 161,1 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 144,5 min manat və ya 10,9 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 13,6 faizi dövlət, 86,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Üç ay ərzində rayonda 6 milyon 190,2 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu da, istehsal olunan sənaye məhsulunun 15 faizini təşkil edir.

Keçidlər