Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş gənclər arasında intellektual yarış keçirilib

01 fevral 2023 | 15:56

01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi "İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycan tarixi” mövzusunda gənclər arasında keçirilən intellektual oyunlar layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yarış keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Anar Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqqında, layihənin eksperti Ümüdvar Həsənov isə  Ulu Öndərin parlaq və şərəfli həyat yolu ilə bağlı geniş məlumatlar vermişlər. Dörd mərhələ və hər mərhələ 4 istiqamətdən ibarət (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla intellektual yarışda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrindən ibarət 9 komanda iştirak etmişdir. Mühasibat uçotu və Komputer Sistemlərində Proqramlaşdırma ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət komanda intellektual yarışın  qalibi olmuşdur. Sonda bütün iştirakçılara sertifikatlar, qalib komandaya isə hədiyyələr təqdim edilmişdir.

Keçidlər