Qəbələdə ümumtəhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Qəbələ rayon ümumi təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar inşa yazı, rəsm müsabiqələri, Ulu Ondərin həyat və fəaliyyətinə həsr olunmuş kompozisiyalar, dəyirmi masalar təşkil olunmuşdur. Bununla yanaşı şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Keçirilən tədbirlərdə çıxış edənlər müstəqilliyə gedən yolumuzu işıqlandıran dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri şagirdlərin diqqətinə çatdırmış, Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu vurğulamışlar. Anım günü ilə bağlı keçirilmiş tədbirlərdə şagirdlərin ifasında, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş səhnəciklər, çıxışlar, mahnı və şeirlər nümayiş etdirilmişdir.













