Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

12 noyabr 2025 | 11:16

“20 oktyabr – 20 noyabr Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Qəbələ rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, Qəbələ Rayon Polis Şöbəsinin və Qəbələ Uşaq və Ailələrə Dəsək Mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs olunub.  Diskusiya şəklində davam edən tədbirdə uşaqlar hüquq və vəzifələri ilə bağlı müzakirələrə qoşulub, onları maraqlandıran suallara cavab verilib.

Keçidlər