Qəbələdə Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin aztəminatlı ailələr Qurban bayramı münasibətilə ziyarət ediliblər
09 iyul 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların ailələri, sağlamlığını itirmiş qazilər, müharibə iştirakçıları, eləcə də aztəminatlı ailələr Qurban bayramı münasibətilə evlərində ziyarət edilmiş, onlara bayram sovqatı çatdırılmışdır. Ziyarətçilər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, eləcə də aztəminatlı ailələrin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd etmiş və bayram münasibətilə onları təbrik etmişlər. Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.