Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə "Vüqar Həşimov Memorial-2023” superturnirinin açılış mərasimi keçirilib

08 dekabr 2023 | 18:30

8 dekabr 2023-cü il tarixində Qəbələ Heydər Əliyev Konqres Mərkəzində sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti və idmana qayğının bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, bu günkü turnirin Qəbələdə keçirildiyinə görə öncə ölkə prezidentinə və əlaqədar təşkilatlara minnətdarlığını bildirmiş, hər kəsə uğurlar arzulamışdır. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Vüqar Həşimov Memorialı”nın dünya şahmat təqvimində xüsusi yerə malik olduğunu söyləyərək Azərbaycan şahmatının uğurlarının V.Həşimovun adı ilə bağlı olduğunu bildirmiş, “Heydər Əliyev İli”  çərçivəsində ölkədə nüfuzlu idman yarışlarının keçirildiyini qeyd etmişdir. Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov çıxış edərək yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirmişdir. Açılış turunda superturnirin baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın qaydaları ilə bağlı məlumat verdikdən sonra yarışın püşkü atılmışdır. Püşkatmadan sonra Qəbələ RİH başçısı Səbuhi Abdullayev oyunun ilk gedişini edərək yarışa start vermişdir. İlk turda Şəhriyar Məmmədyarov rumıniyalı Riçard Rapportla, israilli Boris Gelfand hindistanlı Arjun Eriqaisi ilə, Nicat Abbasov niderlandlı Yorden Van Forestlə, Teymur Rəcəbov hindistanlı Visit Santos Qucrati ilə, Aydın Süleymanlı isə Rauf Məmmədovla qarşılaşmışdır.

Keçidlər