Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə Xocalı soyqırımının 34-cü ildönümü ilə tədbiri keçirilib

25 fevral 2026 | 19:48

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə Xocalı soyqırımına və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfərə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər ölkə başçısının rəhbərliyi ilə azad olunmuş torpaqlarda, eləcə də qan donduran faciənin yaşandığı Xocalıda bu gün abadlıq – quruculuq işlərinin aparıldığını, yeni sənaye və turizm obyektlərinin istifadəyə verildiyini, yurd-yuvasından didərgin düşmüş insanlarımızın öz doğma torpaqlarına qayıtdıqlarını qeyd etmişlər. Məktəblilərin ifasında Zəfərə həsr olunmuş şeir kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sonda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Zəfərə açılan pəncərə” adlı film nümayiş olunmuşdur.

Keçidlər