Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə yağan dolu nəticəsində ziyan dəymiş çoxmənzilli yaşayış binaların və fərdi yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi davam etdirilir

26 sentyabr 2023 | 12:24

Qəbələ rayonu ərazisinə 7 sentyabr 2023-cü il  tarixində yağan dolu nəticəsində ziyan çəkmiş təsərrüfatlara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin təçkilatcılığı ilə dəmir dam örtükləri verilmişdir. Doludan ziyan çəkmiş rayonun Zarağan, Aydınqışlaq, Xırxatala, Uludaş, Mıxlıqovaq kəndlərindəki fərdi yaşayış evlərinin və 2020-ci ilin avqust ayında Qəbələ RİH tərəfindən şəhərin Muxtar Abdıyev küçəsi 41, 42, 43, 44, 45, 46, 47, və 48 nömrəli ünvanlarında yerləşən 8 ədəd - hər biri iki mərtəbəli, bir girişli, dörd mənzilli yaşayış binalarının yenisi ilə əvəz edilmiş dam örtüklərinin dəyişdirilməsi işləri davam etdirilir. Həmin binalarda yaşayan sakinlər və təsərrüfat sahibləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər