Qəbələdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz Ölkəm" adlı aksiya keçirilmişdir
14 sentyabr 2024 | 11:40
14 sentyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz Ölkəm" adlı keçirilən aksiyada Qəbələ Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları və rayon könüllülərinin iştirakı ilə Qəbələ bələdiyyəsinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin “Vəndam” meşəbəyliyinin 3 saylı dolayı ilə həmsərhəd ərazilərində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə 320 kq çəkidə bərk məişət tullantısının təmizlənməsi təmin edilmişdir.