Qəbələdə “Yengicə su anbarı” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
08 iyul 2022-ci il tarixdə Qəbələdə “Yengicə su anbarının layihəsi barədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı Tədbirlər Planı” ilə əlaqədar yaradılmış İşçi Qrupun növbəti görüşü keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Narzirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Energetika Nazirliyinin, FHN Su ehtiyatları Dövlət Agentliyinin, “Azmelsutəsərrüfat” ASC-nin, “Azərsu” ASC-nin, “Azərenerji” ASC-nin, Azərbaycan Milli Elmlər Akademiyasının, Qəbələ Rayon İcra Hakimiyyətinin, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə “Yengicə su anbarının” layihəsi, həmçinin ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi barədə qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə maarifləndirici məlumatlar və tövsiyələr verilmişdir.