Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

14 oktyabr 2026 | 19:01

Oktyabrın 14-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilmişdir. Müşavirədə Qəbələ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, turizm obyektlərinin rəhbərləri, İƏN nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, dini qurumların, şəhid ailələrinin üzvləri, qazilər,  aqsaqqallar, gənclər, sahibkarlar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak etmişlər. Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilmiş,  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Müşavirədə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək 2 oktyabr 2026-cı il tarixdə keçirilmiş Qurultayda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev proqram xarakterli çıxışında həm keçmişə baxış, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim etdiyini, eyni zamanda milli təhlükəsizlik və inkişaf nəzəriyyəsinin başlıca istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirdiyini qeyd etmiş, Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qarşıdakı dövrdə əsas vəzifələrimizin əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmalı olduğunu bildirmişdir. İcra başçısı ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, həyata keçirilən layihələrdən danışmış, mənəvi dəyərlərimizin qorunması istiqamətində görülməli tədbirlərdən söz açmış, ideoloji işin düzgün qurulmasından, bu sahədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrdən bəhs etmişdir. Müşavirədə çıxış edənlər Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq,  bu gün xarici mərkəzlər- media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə uşaq və gəncləri təsir altına salmağa çalışdığını və bu məsələdə hər birimizin ayıq-sayıq olmalı, öz sözümüzü deməli və biganə qalmamağı bildirmişlər.

Müşavirəyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkə rəhbəri tərəfindən Qurultayda qaldırılan məsələlər və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində hər kəsə məsuliyyətli və diqqətli olmağı tövsiyə edərək onlara uğurlar arzulamışdır.

Keçidlər