Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələdə “Zərərli vərdişlərdən uzaq olaq” adlı maarifləndirici  tədbir keçirilib

05 dekabr 2025 | 15:08

04 dekabr 2025-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərdən uzaq olaq adlı” maarifləndirici tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, Qəbələ Rayon Polis Şöbəsinin və Qəbələ Uşaq və Ailələrə Dəsək Mərkəzinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər zərərli vərdişlərin insan həyatına mənfi təsirlərindən, arzuolunmaz fəsadlarından və orqanizm üçün fiziki və psixoloji olaraq mənfi nəticələrə səbəb olan amillərdən uzaq olmağın yollarından danışmışlar. Tədbir diskusiya şəklində davam etmişdir.

Keçidlər