Qəbələdə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsinə start verilib.
Bu gün 27-29 iyun 2022-ci il tarixlərdə IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsinə start verilib. Düşərgədə Qəbələ və İsmayıllı rayonlarından 30 nəfər məktəbli iştirak edir. "Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. 3 gün davam edəcək düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcək, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılmasının əhəmiyyətini təbliğ edən seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.