"QəbələFest" çərçivəsində AMEA Prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə görüş keçirilib
"QəbələFest" çərçivəsində növbəti əhəmiyyətli tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilib. Tədbirdə akademik “ Azərbaycan Milli Elmlər Akademiyası ilə TEAS Press Nəşriyyat Evinin birgə layihəsi: “ Əsrləri Birləşdirən Ədəbiyyat” mövzusunda məruzə ilə çıxış etmişdir. Görüş Azərbaycan elminin və ədəbi-ictimai fikrin müasir inkişaf istiqamətləri, eləcə də milli-mədəni irsimizin tədqiqi və təbliği sahəsində görülən işlər ətrafında geniş fikir mübadiləsi ilə davam etmiş, görkəmli akademik öz elmi yaradıcılığı, akademik fəaliyyəti və müasir humanitar elmlərin qarşısında duran mühüm vəzifələr barədə fikirlərini bölüşərək, iştirakçıların suallarını cavablandırmışdır. Yüksək akademik abu-havada keçən görüşün sonunda akademik İsa Həbibbəyli müəllifi olduğu kitabları oxucular üçün imzalamış və xatirə şəkilləri çəkdirmişdir.













