"QəbələFest" çərçivəsində "Aşıq Ələsgər. Sarıköynək" kitabının təqdimatı keçirilib
"QəbələFest" çərçivəsində növbəti mədəni-ədəbi tədbir ustad aşıq Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızının iştirakı ilə baş tutub. "Sazın, sözün aşiqi" mövzusuna həsr olunmuş görüşdə müəllifin ustad sənətkarın irsini işıqlandıran "Aşıq Ələsgər. Sarıköynək" kitabının təqdimatı və imza saatı təşkil edilib. Tədbirdə saz-söz sənətimizin zəngin ənənələri, Aşıq Ələsgər yaradıcılığının incəlikləri və bu irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti ətraflı müzakirə olunub. Aysel Zahidqızı kitabın ərsəyə gəlmə tarixçəsindən bəhs edərək oxucuların suallarını cavablandırıb. Milli-mənəvi dəyərlərimizə ehtiram ruhunda keçən bu səmimi görüşün sonunda müəllif iştirakçılar üçün yeni kitabını imzalayıb və xatirə şəkilləri çəkdirib.













