"QəbələFest" çərçivəsində balaca tamaşaçılara nağıl dolu anlar bəxş edilib
02 avqust 2026 | 10:44
Festival günlərində balaca qonaqların asudə vaxtının maraqlı və səmərəli keçməsi üçün təşkil olunan tədbirlər sırasına uşaqlar üçün xüsusi teatr tamaşası da əlavə olunub. Səhnələşdirilən rəngarəng və ibrətamiz tamaşa balaca izləyicilər tərəfindən böyük maraq və həyəcanla qarşılanıb. Nağıl qəhrəmanlarının canlı ifası, maraqlı süjet xətti və şən musiqili səhnələr uşaqlara unudulmaz emosiyalar və bol təbəssüm bəxş edib. Bayram əhval-ruhiyyəsini ikiqat artıran tamaşa festivalın ən şən və yaddaqalan anlarından biri kimi balaca sənətsevərlərin xatirəsinə həkk olunub.













