"QəbələFest" çərçivəsində balacalar üçün hər gün əyləncəli və öyrədici master-klasslar keçirilir.
01 avqust 2026 | 09:47
"QəbələFest" çərçivəsində hər gün "Riverside" otelinin parkında uşaqlar üçün rəngarəng və maraqlı master-klasslar təşkil olunur. Keçirilən tədbirdə uşaqlar yaradıcılıq bacarıqlarını nümayiş etdirərək ressamlıq, əl işləri və müxtəlif tətbiqi sənət sahələri üzrə praktiki məşğələlərə qoşulurlar. Peşəkar təlimçilərin rəhbərliyi ilə baş tutan interaktiv dərsdə balaca iştirakçılar həm əylənir, həm də yeni bilik və bacarıqlara yiyələnirlər. Gülüş və coşqu ilə yadda qalan tədbir festival çərçivəsində balaca qonaqların asudə vaxtının səmərəli və unudulmaz keçməsinə xüsusi rəng qatır.













