Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"QəbələFest" çərçivəsində etiket eksperti Cəmilə Musayeva ilə master-klas və imza günü keçirilib

31 iyul 2026 | 11:26

"QəbələFest" çərçivəsində Böyük Britaniyada sertifikatlaşdırılmış etiket kouçu və bu sahədə tanınmış kitabların müəllifi Cəmilə Musayeva ilə oxucuların və festival qonaqlarının görüşü baş tutub. İnteraktiv master-klas formatında təşkil olunan tədbirdə müasir etiket qaydaları, beynəlxalq davranış standartları, sosial və iş həyatında ünsiyyət mədəniyyətinin incəlikləri ətrafında maraqlı təqdimat olunub. Cəmilə Musayeva özünün müəllifi olduğu kitablar və etiket qaydalarının gündəlik həyatımızdakı əhəmiyyəti barədə təcrübələrini bölüşərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Unudulmaz təəssüratlarla yadda qalan görüşün sonunda ekspert oxucular üçün kitabları imzalayıb və xatirə şəkilləri çəkdirib.

Keçidlər