"QəbələFest" çərçivəsində görkəmli diplomat və ədəbiyyatşünas Vilayət Quliyevlə görüş keçirilib
"QəbələFest" çərçivəsində növbəti ədəbi-maarifləndirici tədbir Azərbaycan Respublikasının sabiq Xarici İşlər Naziri, tənqidçi, ədəbiyyatşünas, ölkəmizin Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin iştirakı ilə keçirilib. “Tədqiqat, Diplomatiya, Xeyriyyə” mövzusuna həsr olunan görüşdə görkəmli dövlət xadiminin diplomatik fəaliyyəti, elmi-ədəbi tədqiqatları və Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliği sahəsindəki xidmətləri haqqında ətraflı məlumat verilib. Vilayət Quliyev öz zəngin həyat və peşə təcrübəsini, Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşərək, oxucuların və festival qonaqlarının suallarını cavablandırıb. Səmimi və akademik mühitdə keçən tədbirin sonunda diplomat-yazıçı müəllifi olduğu kitabları oxucular üçün imzalayıb və xatirə şəkilləri çəkdirib.













