Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"QəbələFest" çərçivəsində rəngarəng yarmarka coşğusu səngimək bilmir

02 avqust 2026 | 10:57

"QəbələFest"in ən canlı və izdihamlı məkanına çevrilən sənətkarlıq və məhsul yarmarkası öz rəngarəngliyi ilə sakinlərin və qonaqların diqqətini cəlb etməyə davam edir. Hər addımda ustad sənətkarların nadir el işləri, bədii sənətkarlıq nümunələri və Qəbələ torpağının təbii, bərəkətli nemətləri ziyarətçilərə təqdim olunur. Şəhərə xüsusi bir dinamika və bayram abu-havası qatan bu rəngarəng məkan festival qonaqlarına həm səmərəli vaxt keçirmək, həm də yerli mədəniyyətlə daha yaxından tanış olmaq imkanı yaradır. Uşaqların şən gülüşləri və musiqi sədaları ilə zənginləşən yarmarka festival günləri boyunca öz qapılarını gələn hər bir qonağın üzünə açıq saxlayır.

Keçidlər