"QəbələFest" çərçivəsində tanınmış diplomat və tarixçi-alim Həsən Həsənovla görüş keçirilib
31 iyul 2026 | 11:18
"QəbələFest" çərçivəsində növbəti ədəbi-maarifləndirici tədbir görkəmli siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, Azərbaycan Respublikasının sabiq Xarici İşlər Naziri Həsən Həsənovun iştirakı ilə keçirilib. Tədbirdə Həsən Həsənov “Albaniya çarlığı: Paytaxt Qəbələ və onun Sirləri” mövzusunda məruzə ilə çıxış etmiş, özünün apardığı tədqiqat işləri haqqında çoxşaxəli fəaliyyəti və qələmə aldığı dəyərli əsərləri barədə təəssüratlarını bölüşərək, iştirakçıların suallarını cavablandırmışdır. Görüşün sonunda Həsən Həsənov oxucular üçün kitablar imzalamış və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirmişdir.













