Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"QəbələFest" çərçivəsində tanınmış mütəxəssis Aysel Ağayeva ilə görüş və imza saatı keçirilib

31 iyul 2026 | 11:35

"QəbələFest" çərçivəsində növbəti maraqlı tədbir marketinq mütəxəssisi, bloqer və müəllif Aysel Ağayevanın iştirakı ilə baş tutub. İnteraktiv formatda təşkil olunan görüşdə müasir marketinq trendləri, rəqəmsal media strategiyaları və şəxsi brendin formalaşdırılması kimi aktual mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb. Aysel Ağayeva özünün peşəkar təcrübəsini və müəllifi olduğu kitabın yaranma tarixini iştirakçılarla bölüşərək, gəncləri və festival qonaqlarını maraqlandıran sualları ətraflı cavablandırıb. Canlı və səmimi mühitdə keçən tədbirin sonunda müəllif oxucular üçün kitabları imzalayıb və xatirə şəkilləri çəkdirib.

Keçidlər