"QəbələFest" çərçivəsində uşaq yazıçısı Arzu Cəfərova ilə görüş və kitab təqdimatı keçirilib
01 avqust 2026 | 09:43
"QəbələFest" çərçivəsində uşaq yazıçısı, "3 Alma" nəşriyyatının layihə rəhbəri Arzu Cəfərova ilə görüş keçirilib. Tədbirdə müasir uşaq ədəbiyyatının inkişaf tendensiyaları, nəşriyyat işinin xüsusiyyətləri və uşaq kitablarının çapı prosesində keyfiyyət standartları ətrafında maraqlı müzakirələr aparılıb, müəllifin "Banin. Narazı Kirpi" kitabının təqdimatı keçirilib. Arzu Cəfərova əsərin yaranma tarixçəsi barədə oxuculara məlumat verərək, balaca oxucuları maraqlandıran sualları cavablandırıb. Səmimi şəraitdə keçən tədbirin sonunda müəllif yeni kitabını iştirakçılar üçün imzalayıb və xatirə şəkilləri çəkdirib.













