Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"QəbələFest" çərçivəsində uşaq yazıçısı Mürşüd İsmayılzadə ilə görüş və imza saatı keçirilib

01 avqust 2026 | 10:48

"QəbələFest" çərçivəsində növbəti maraqlı tədbir uşaq yazıçısı, intellektual verilişlərin redaktoru Mürşüd İsmayılzadənin iştirakı ilə baş tutub. “Macərasevən oxucu və axtarışların nəticəsi” mövzusunda təşkil olunan görüşdə uşaqlar üçün macəra ədəbiyyatının əhəmiyyəti, intellektual dünyagörüşün formalaşmasında mütaliənin rolu və yaradıcılıq axtarışları ətrafında həvəsləndirici söhbətlər aparılıb. Mürşüd İsmayılzadə özünün yazıçı və redaktorluq təcrübəsini bölüşərək, balaca oxucuların və festival qonaqlarının suallarını marqla cavablandırıb. Canlı və interaktiv mühitdə keçən tədbirin sonunda müəllif kitablarını iştirakçılar üçün imzalayıb və xatirə şəkilləri çəkdirib.

Keçidlər